Təhsil

  • 1999
    St.Bartolomeus Tibb və Stomatologiya üzrə London Kraliyyət Məktəbinin ortodontiya bölməsində ixtisaslaşma
    St.Bartholomes and the Royal London School of Medicine and Dentistry
  • 1998
    London Universitetinin Eastman Stomatologiya Institutunda ixtisaslaşma
    Eastman Dental Institute at University College London
  • 1980–1985
    Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakultəsi

İş təcrübəsi

  • 1991–2008, Azərbaycan Səhiyyə Nazirliyinin Uşaq Stomatoloji Mərkəzi
    ortodont
  • 1998–2003, Azərbaycan Səhiyyə Nazirliyinin Uşaq Stomatoloji Mərkəzi
    Ortodontıya şöbəsinin müdürü
  • 2005-2007, Azəri Ortodontlar Dərnəyi
    təsisçı, sədr
  • 2000–2007, DENTAL ONE stomatoloji klinika
    ortodont

Üzvlüklər

  • Azərbaycan Ortodontlar Dərnəyi (2005-ci ildən)
  • Асоцiацiа ортодонтiв Украiни (2002-ci ildən)
  • American Association of Orthodontists (2001-ci ildən)
  • World Federation of Orthodontists (2000-ci ildən)
  • Azərbaycan Stomatologiya Assosiyasiyası (2000-ci ildən)
  • European Orthodontics Society (1999-cu ildən)

Fəaliyyət

  • 06/2009 - Dos. Miroslava Drohomiretska (Ukrayna) və Dr.Simonas Qribauskasın (Litva) təqdimatında "Üz-çənə anomaliyalarının skelet növlərinin ortoqnatik və ortodontik müalicəsi" seminarını təşkil etmişdir.
  • 06/2009 - Avropa Ortodontiya Cəmiyyətinin (EOS) 85-ci Konqresində poster təqdim etmişdir (Helsinki, Finlandiya).
  • 10/2008 - Prof. Ram Nandanın "Application of Esthetics and Dentofacial Growth in Clinical Practice of Orthodontics" kursunu təşkil etmışdir.
  • 04/2008 - "Ortodontik Tedavi" kitabının müəllifi Prof.Dr. Mustafa Ülgenin "Kliniki Ortodontiya" kursunu təşkil etmışdir.
  • 11/2007 - Prof. Stephen Williamsın "Optimizing biomechanics in everyday orthodontics" və "Special problems with adult patients" kurslarını təşkil etmışdir.
  • 06/2006 - Türkiyənın tanınmış alimi, Ankara Universitetinin Ortodontiya kafedrasının müdürü Prof.Dr. Haluk İşerinin "Müasir ortodontiyanın elmi əsasları" kursunu və master-klası təşkil etmışdir.
  • 04/2006 - Ankara Universitetinin Stomatologiya fakültəsinin dekanı Prof.Dr. Nejat Bora Sayanın "Ortoqnatik cərrahiyə əsasları" mövzusunda mühazirəsini təşkil etmişdir.
  • 03/2006 - Dentaurum şirkətinin təşkil etdiyi "Discovery 2" simpoziumunda (Hurqada, Misir) məruzə ilə çıxış etmişdir.
  • 02/2006 - Koreya Ortodontik Tədbiqatlar İnstitutu ( KORI) iştirakı ilə "Edjevays texnikasının əsasları" kursunu (Bakı, Azərbaycan) təşkil etmişdir.
  • 11/2005-06/2006 - Azərbaycanda ilk uzun müddətli (30 həftəlik) "Müasir ortodontiyanın əsasları" kursunu təşkil və idarə etmişdir. Bu kursda 7 həkim ortodontiyanın nəzəriyəsini (60 saat leksiyalar) və praktiki vərdişləri (150 saat) öyrənmək imkanı əldə etmişlər.
  • 09/2004 - Azərbaycan Ortodontlar Dərnəyinin (AOD) təşkil etdiyi 1-ci elmi-praktiki konfransda (Bakı, Azərbaycan) məruzə ilə çıxış etmişdir.
  • 30 may 2004 - Azərbaycan Ortodontlar Dərnəyini təskil etmişdir və 2005-ci ilin mayında AOD rəsmi qeydiyyatdan keçəndən sonra, həmin təşkilatın ilk sədri seçilmişdir.
  • 04/2004 - Dentaurum şirkətinin təşkil etdiyi "Discovery" simpoziumunda məruzə ilə çıxış etmişdir (Kəmər, Türkiyə).
  • 02/2003 - American Journal of Orthodontics and Dentofacial Orthopedics tərəfindən elan olunmuş foto müsabiqəsinin elmi kateqoriyasında birinci yer tutmuş və qiymətli mükafat almışdır.
  • 2003 - Koreya Ortodontik Tədqiqatlar institutunun (KORİ) Daşkənd filialında Ukrayna və Azərbaycan həkimlərinin iştirakı ilə keçirilən, bir illik (6 sessiyadan ibarət olan) Birinci Mərkəzi Asiya Edjevays Kursunu təşkil etmişdir.
  • 10/2002 - Ukrayna Stomatoloqlar Assosiyasiyasının teşkil etdiyi 2-ci Beynəlxalq Ortodontiya Konfransında (Lvov, Ukrayna) məruzə ilə çıxış etmişdir.
  • 10/2002 - Koreya Ortodontik Tədbiqatlar İnstitutu ( KORI) tərəfindən keçirilən seminarın təşkilatçısı olmuşdur. (Bakı, Azərbaycan).
  • 09/2002 - 8-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərqisində (Bakı, Azərbaycan) Almaniyanın Dentaurum şirkətini rəsmi şəkildə təmsil etmişdir.
  • 06/2002 - Avropa Ortodontiya Cəmiyyətinin (EOS) 78-ci Beynəlxalq Konqresində (Sorrento, İtaliya) poster təqdim etmişdir.
  • 11/2000 - Ukrayna Stomatoloqlar Assosiyasiyasının teşkil etdiyi 1-ci Beynəlxalq Ortodontiya Konfransında (Lvov, Ukrayna) məruzə ilə çıxış etmişdir.
  • 1999 - Avropa Ortodontlar Cəmiyyətindən (EOS) Avropanın qabağcıl ortodontiya kafedralarından birində təkmilləşmə üçün qrant almışdır, və məşhur London Royal Hospitalda tədris almışdır.


Təkmilləşmə

  • 09/2005 - Ümumdünya Ortodontlar Federasiyasının (WFO) teşkil etdiyi 6-cı Beynəlxalq Konqresində (Paris, Fransa) iştirak etmişdir.
  • 06/2005 - Stomatoloji Əlaqələr Mərkəzində (CDC, İspringen, Almaniya) Dentaurum şirkətinin linqval ortodontiyaya həsr olunmuş kursu bitirmişdir.
  • 06/2005 - Avropa Ortodontiya Cəmiyyətinin (EOS) 81-ci Beynəlxalq Konqresində (Amsterdam, Hollanda) iştirak etmişdir.
  • 06/2005 - Avropa Ortodontiya Cəmiyyətinin (EOS) təşkil etdiyi 6-ci Postgraduate kursu (Amsterdam, Hollanda) bitirmişdir.
  • 02/2005 - Koreya Ortodontik Tədbiqatlar İnstitutu ( KORI) tərəfindən təşkil olunan "2-ci Edgewise kursu"nu (Daşkənd, Özbəkistan) uğurla bitirmişdir.
  • 12/2003 - Koreya Ortodontik Tədbiqatlar İnstitutu ( KORI) tərəfindən təşkil olunan "1-ci Edgewise kursu"nu (Daşkənd, Özbəkistan) uğurla bitirmişdir.
  • 10/2003 - Rusiya Peşəkar Ortodontlar Cəmiyyətinin təşkil etdiyi 8-ci qurultayında (Sankt-Peterburq, Rusiya) iştirak etmişdir.
  • 10/2001 - Ümumdünya Edgewise Ortodontiya Cəmiyyətinin (WEOC) teşkil etdiyi I Beynəlxalq Konqresində (Seul, Cənubi Koreya) iştirak etmişdir.
  • 10/2000 - Yunanıstan Ortodontiya Bilgiləri və Tədqiqatlar Assosiyasiyasının (Greek Association for Orthodontics Study and Research) teşkil etdiyi 2 müxtəlif kursu (Afina, Yunanıstan) bitirmişdir.
  • 09/2000 - VI Panhellenik Orthodontiya Konqresində (Afina, Yunanıstan) iştirak etmişdir.
  • 11/1999 - Türk Ortodontiya Dərnəyinin (TOD) təşkil etdiyi VI Beynəlxalq Simpoziumunda (Ankara, Türkiyə) iştirak etmişdir.
  • 11/1999 - Türk Ortodontiya Cəmiyyətinin (TOD) təşkil etdiyi 2 müxtəlif kursu (Ankara, Türkiyə) uğurla bitirmişdir.
  • 08/1999 - Stomatoloji Əlaqələr Mərkəzində (CDC, İspringen, Almaniya) Dentaurum şirkətinin təşkil etdiyi kursları uğurla bitirmişdir.
  • 06/1999 - Avropa Ortodontiya Cəmiyyətinin (EOS) 75-ci Beynəlxalq Konqresində (Strazburq, Fransa) iştirak etmişdir.

ortodont Zaur Zeynalov, Baki Azerbaycan

DENTAL EXPERT
stomatoloji klinika
Eldar Tağızadə küç. 30e,
AF Com Plaza
(Nəsimi Polis İdarəsinin yanında)

Tel: 441 0060
Mob: (50/55) 326-3161
zaur@orthodontics.az

Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl zəng vuraraq qeydiyyatdan keçin.

İŞ REJİMİ

Bazar ertəsi 9:30 - 15:00
Çərşənbə axşamı 15:30 - 21:00
Çərşənbə 9:30 - 15:00
Cümə axşamı 15:30 - 21:00
Cümə 9:30 - 15:00
Şənbə 15:30 - 21:00



Azeri Orthodontic Society

Eastman Dental Institute

St.Bartholomes and the Royal London School of Medicine and Dentistry





Azerbaycan saytlari